Serbiya prezidenti Aleksandr Vuçiç "Maydan"la bağlı xəbərdarlığa görə Rusiya Xarici Kəşfiyyat Xidmətinə təşəkkür edib.
Publika.az-ın məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.
"Rusiyalı tərəfdaşlarımıza məlumat və bildiriş üçün təşəkkür edirik, xüsusi xidmətlərimiz onlarla daha sıx əlaqə saxlayacaq və biz Serbiyanı qoruyacağıq", - Vuçiç bildirib.
Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti Avropa İttifaqının Serbiyada “Maydan” hərakatı keçirməyə hazırlaşdığını və ölkədə Brüsselə sadiq rəhbərliyi hakimiyyətə gətirmək üçün tələbə etirazlarından istifadə etdiyini bildirib.