AZ

Azərbaycan İsveçrəyə 220 mln. dollarlıq qeyri neft məhsulları ixrac edib

ain.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın İsveçrəyə qeyri-neft məhsullarının ixracı illik müqayisədə 119 milyon 925 min dollar və ya 2,2 dəfə artıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında İsveçrəyə qeyri-neft ixracının dəyəri 220 milyon 191 min dollar təşkil edib. 

2024-cü ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 100 milyon 266 min dollar olub. 

Hesabat dövründə İsveçrə ən çox qeyri-neft məhsulu ixrac etdiyimiz 3-cü ölkə olub. 

Qeyd edək ki, ilk 8 ayda Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 2 milyard 399 milyon 460 min dollara bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
3
banco.az

4Mənbələr