AZ

“Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində təhdidlərin qarşısı alınıb” DEPUTAT

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Ötən zaman kəsiyində, əslində, keçən hər gün, cənab Prezidentin fikirlərində yer alan məqamlar bir daha təsdiqləndi və subuta yetdi. Müharibənin ilk günlərindən başlayaraq, Azərbaycana qarşı maksimum təzyiqlərin şahidi olmuşduq. Bu baxımdan, həm müharibə dövründə, həm də post-müharibə dövründə baş verən proseslər, Azərbaycan ərazilərində münaqişə ocağının qorunub saxlanılması istiqamətində atılan addımlar, həmçinin güya humanitar fəlakətin olduğu barədə səsləndirilən iddialar, Azərbaycanı qarşı hücumların təşkilini nəzərə alsaq, Azərbaycan bir neçə istiqamətdə bu müddət ərzində uğurlar əldə etməyə nail olub”.

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib:

“Bu uğurlar həm döyüş meydanında, həm terror əməliyyatları zamanı, həm də separatizmə son qoyulması kontekstində nəzərə çarpır. Beynəlxalq müstəvidə, Azərbaycan ərazisində münaqişə ocağını qoruyub saxlamaq istiqamətində edilən cəhdlərin gündəlikdən çıxarılması və Azərbaycanın suverenliyinin tam şəkildə qəbul edilməsi məsələsi önə çıxır.

Son olaraq isə, Ermənistanla sülh gündəliyinin davam etməsi, Azərbaycanın irəli sürdüyü şərtlərin tam şəkildə qəbul edilməsi də böyük əhəmiyyət kəsb edir. Vaşinqton görüşündə imzalanan sənədlər faktiki olaraq Azərbaycanın irəli sürdüyü bütün şərtlərin yerinə yetirilməsi anlamına gəlir. Bu da tam və bütöv bir qələbə deməkdir. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu, münaqişəyə, separatizmə və işğala son qoyan bir yanaşmadır.

Ötən zaman kəsiyi də sübut edir ki, Azərbaycan məhz bu prezidentlə yeni dövr üçün yeni bir nümunə yaradır. Bu prosesin yalnız Azərbaycanla Ermənistan arasındakı qarşıdurmadan ibarət olmadığını, daha geniş miqyasda bir məsələyə çevrildiyini qeyd etmək vacibdir”.

Deputat vurğulayıb ki, bölgəni yeni bir müharibə ocağına çevirmək istəyən qüvvələrin mövcudluğu da diqqətə alınmalıdır:

“Ermənistanı mütəmadə olaraq silahlandıran və Mərkəzi Asiya ilə yaxın əlaqələr qurmağı hədəfləyən dövlətlərin maraqları bu dövrə qədər gündəmdə idi.

Fransanın timsalında, Afrika ölkələrindən və dəniz aşırı ərazilərdən əlini üzən bir ölkənin yeni enerji mənbələri axtarışı, yeni təsir dairələrinə kolonial axtarışları, Ermənistanın timsalında etdiyi cəhdlərlə faktiki olaraq sübut edilmişdir. Bütün bunların qarşısının alınması Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində mümkün olmuşdur.

Regional faktorlara da xüsusi diqqət yetirilməlidir. Zəngəzur dəhlizi ilə bağlı regional ölkələrin sərgilədiyi mövqelər, sərhəd bölgələrindəki güc nümayişləri və digər addımlar biz ən yaxın zamanda şahidi olmuşuq.

Burada yalnız bölgədən kənar qüvvələr deyil, həm də regional aspektlər özünü göstərib”.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
icma.az

1Mənbələr