Qeyd edək ki, layihənin birinci mərhələsi bu ilin 18 aprel tarixində baş tutub. Həmin gün şirkət daxilində təşkil olunan xeyriyyə yarmarkasında əməkdaşların hazırladığı əl işləri satışa çıxarılıb və toplanan vəsaitin məktəblilərə dəstək məqsədilə istifadə olunması nəzərdə tutulub.
Layihənin ikinci mərhələsində isə “Veysəloğlu Distribusiya” şirkətinin əməkdaşları hədiyyələrin təqdim edildiyi Qubanın Qriz, Qalaxudat və Əlik kəndlərinə səfər edərək, uşaqlarla görüşmüş, onların arzularını dinləmişdilər. Bununla da qardaşlıq bağlarının təməli qoyulmuşdu.
“Veysəloğlu Distribusiya” şirkəti bu təşəbbüsü növbəti mərhələlərdə də davam etdirərək, uşaqların təhsilinə və inkişafına dəstək olmağı qarşısına məqsəd qoyub.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkəti ucqar kəndlərdə yaşayan məktəblilərin təhsil və inkişafına töhfə vermək, eləcə də uzunmüddətli qardaşlıq bağları qurmaq məqsədilə başlatdığı “Xoşbəxtlik Çantası” adlı layihənin üçüncü mərhələsini uğurla həyata keçirib.