AZ

Qüds sizin şəhəriniz deyil Netanyahudan Ərdoğana mesaj

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsə səfəri zamanı sərt bəyanatlar verib.

Bakupost.az The Times of Israel nəşrinə istinadən xəbər verir ki, Netanyahu Türkiyə Prezidenti Recep Tayyip Ərdoğana xitabən Qüdsün İsrailə məxsus olduğunu və həmişə də ona məxsus olacağını bildirib.

“Bu bizim şəhərimizdir, cənab Ərdoğan. Bu, sizin şəhəriniz deyil, bizim şəhərimizdir. O, həmişə bizim olacaq. O, bir daha heç vaxt bölünməyəcək”, - deyə Netanyahu bildirib.

Netanyahu, həmçinin, ABŞ Prezidenti Donald Trampa Qüdsü İsrailin paytaxtı kimi tanıdığı və ABŞ səfirliyini bu şəhərə köçürdüyü üçün təşəkkür edib. O əlavə edib ki, dünyanın bütün liderləri bu qərarı təkrarlamalıdır.

Aysel,

BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
50
www.bakupost.az

10Mənbələr