AZ

YAP Ağstafa rayon təşkilatının əməkdaşları şəhid ailəsini ziyarət ediblər

ain.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

15 sentyabr - Bilik Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının əməkdaşları Yenigün kəndində Vətən müharibəsi şəhidi Quliyev Rusif Asim oğlunun ailəsini ziyarət ediblər.

Şəhidimizin Təranə adında bir qız övladı var. Təranənin anası 2019-cu ildə vəfat edib, atası isə 2020-ci ildə Vətən müharibəsi zamanı şəhid olub.

Təranə bu il 1-ci sinifə qədəm qoyub. Bu münasibətilə YAP Ağstafa rayon təşkilatının əməkdaşları şəhidimizin övladını təbrik edərək ona ən xoş arzularını çatdırıblar. Daha sonra YAP Ağstafa rayon təşkilatı tərəfindən alınan hədiyyələr balaca Təranəyə təqdim olunub.

Görüşdə şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
2
yeniazerbaycan.com

3Mənbələr