AZ

5 dollar fərq: Neftin ucuzlaşması iqtisadiyyata necə təsir edəcək? - AÇIQLAMA

Azərbaycan 2026-cı il üçün dövlət və icmal büdcələrinin layihələrini hazırlayarkən "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 65 ABŞ dolları götürülüb. Maliyyə Nazirliyinin açıqlamasına görə, bu göstərici cari illə müqayisədə 5 dollar aşağıdır.

Maraqlıdır, neftin qiymətindəki bu azalma Azərbaycanın iqtisadiyyatına necə təsir edə bilər?

Mövzu ilə bağlı News24.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov bildirdi ki, 65 dollarlıq proqnoz konservativ yanaşma hesab edilmir:

“Neftin qiymətinə daha çox mühafizəkar yanaşma gözlənilirdi. Lakin hazırda dünya bazarlarında qiymətlər daha yüksək dəyərləndirilir. Beynəlxalq təşkilatlarda isə 1 barel neftin qiyməti 50–65 dollar arası dəyişir. O baxımdan 65 dolların götürülməsi azalma deyil, sadəcə 5 faiz aşağı qiymətləndirmədir. Neft bazarındakı dəyişkənliyi nəzərə alsaq, daha konservativ yanaşma məqsədəuyğun olardı”.

Deputatın sözlərinə görə, gələn il büdcə gəlirlərinin 57,2 faizi qeyri-neft sektorunun payına düşəcək:

“Sözsüz ki, bu, neft qiymətlərindəki dəyişikliklərin iqtisadiyyata risk yaratmamasını təmin edir. Növbəti ildə dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun artımı müşahidə olunacaq”.

Xeyrənsə Piriyeva



Seçilən
103
1
news24.az

2Mənbələr