AZ

Dərslərin 10-da başlaması tıxacları daha da uzadacaq — AÇIQLAMA

“Ölkədə orta məktəblərdə dərslərin 08:00-da və 08:30-da deyil, 09:00-da, yaxud 10:00-da başlaması məsələsi demək olar hər il müzakirə olunur. Müzakirənin əsas məqasədi ondan ibarətdir ki, yollarda tıxacların qarşısını almaq üçün dərs prosesi gec başlasın. Amma düşünürəm ki, biz bunu etməklə tıxacın qarşısını almayacağıq, əksinə tıxacın saatını daha da uzadacağıq”.

Bunu Demokrat.az-a açıqlamasında Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib. Onun sözlərinə görə, ölkədə əhali daha çox paytaxtda və paytaxtda yaxın ərazidə məskunlaşıb. Onların da şəhərdə işləməsi, təhsil alması yol infrastrukturunu sıradan çıxarır, tıxacla nəticələnir:



“Düşünmürəm ki, biz dərsləri saat 10-da başlatmaqla bunun qarşısını ala bilərik. Bu, mümkün olmayacaq. İndi insanlar 1-2 saat tıxacda qalırlarsa, olacaq 3-4 saat. Ona görə bunu tətbiq etməkdənsə, yaxşı olar ki, paytaxtda olan ali təhsil və orta təhsil müəssisələrini yavaş-yavaş kənara çıxaraq. Hamısının yox, bəzilərinin kənara köçürülməsi bu problemin qarşısını ala bilər. Həmçinin iş yerlərini paytaxtdan kənara daşıyaq. Paytaxtın yükünü azaltmalıyıq”.

Cavidan Mirzəzadə 
Demokrat.az
Seçilən
21
1
demokrat.az

2Mənbələr