AZ

“Qarabağ”ın 7 top buraxan qapıçısı onun oğlu imiş…

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

Ağdam klubu ilk oyunda “Benfika”lı həmyaşıdları ilə qarşılaşıb.

Matç portuqalların 1:7 hesablı qələbəsi ilə başa çatıb. Bu matçda Ağdam klubunun qapısını Teymur Həsənov qoruyub.

Qolkiperin avrokuboklarda ilk çıxışı çox uğursuz alınıb.

T.Həsənovun ailəsi də idman ictimaiyyətinə tanışdır. Belə ki, onun atası “Qarabağ”ın qapıçılar üzrə məşqçisi Elxan Həsənov, anası isə Azərbaycan voleybol yığmasının sabiq üzvü, “Azerreyl”in məşhur oyunçusu Alla Həsənovadır.

Elxan Həsənov tez-tez “Qarabağ” qapıçılarının son illərdəki zəif çıxışına görə tənqid olunur.

Həmçinin qeyd edək ki, ata Həsənov Azərbaycan yığmasının heyətində 1:7-dən də böyükhesablı məğlubiyyətin şahidi olub.

O, Azərbaycan millisinin 1995-ci il sentyabrın 6-da Avropa çempionatının seçmə mərhələsində Fransaya 0:10 hesablı məğlubiyyətinin iştirakçılarından olub./Qafqazinfo.az/

Fotoda Elxan Həsənov

Fotoda Alla Həsənova

Seçilən
16
9
editor.az

10Mənbələr