ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail Qətərə qarşı yeni hücumlar həyata keçirməyəcək.
Editor.az xəbər verir ki, bu barədə Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Tramp İsrailin son aviazərbəsini xatırladaraq vurğulayıb ki, Qətər ABŞ üçün “çox yaxşı müttəfiqdir”. Onun sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu da təkrar hücumların olmayacağına dair əminlik ifadə edib.
//Samir Qurbanov, Editor.az