ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.
AzVision.az xəbər verir ki, “Reuters” agentliyinin sifarişinə əsasən, “Ipsos” xidmətinin keçirdiyi sorğunun nəticələri belə qənaət yaradır. Rəyi soruşulan amerikalıların 71%-i ölkədə cəmiyyətdə dərin parçalanmanın olduğunü düşünürlər. Respondentlərin 66%-i isə siyasi əqidəsinə görə insanlara qarşı zorakılıqdan narahat olduğunu bildirib. “2025-ci ilin birinci yarısında ABŞ-də siyasi fikir ayrılıqlarına əsaslanan 150-yə yaxın insident qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur”, - məlumatda deyilir. Sorğu iştirakçılarının təxminən 63%-inin fikrincə, siyasi məsələlərin müzakirəsində istifadə olunan ritorika zorakılığın artmasına kömək edir. Təxminən 31% baş verənlərə görə hakimiyyətin məsuliyyətinə diqqət çəkib. Qalanları ya hadisələrə əhəmiyyətli təsiri görmədiklərini, ya da cavab verməkdə çətinlik çəkdiklərini açıqlayıblar. Sentyabrın 12-dən 14-dək onlayn rejimdə aparılmış sorğuda həddi-büluğa çatmış 1037 ABŞ vətəndaşı iştirak edib. Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.