AZ

BDU və “AFB Bank” nümayəndələri arasında görüş keçirilib

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 16 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Karyera və Məzunlarla İş Mərkəzi ilə “AFB Bank” nümayəndələri arasında onlayn formatda görüş keçirilib. Görüşdə Mərkəzin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova, baş mütəxəssis İlkin Şərifov, “AFB Bank”ın İnsan resursları əməliyyatları şöbəsinin meneceri Ramil Rzayev, İstedadların idarə edilməsi şöbəsinin baş mütəxəssisi Samirə Hüseynova iştirak ediblər.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi tələbə və məzunların peşəkar inkişafının dəstəklənməsi, onların əmək bazarına daha rahat inteqrasiyasına kömək etmək və universitet-işəgötürən əməkdaşlığını gücləndirmək olub.

Tərəflər BDU-nun karyera dəstəyi fəaliyyətləri, tələbə və məzunlara yönəlik tədbirlər planı və bank sektoruna olan maraq barədə müzakirələr aparıblar. Görüş zamanı əməkdaşlıq mexanizmlərinin qurulması və bu formatda görüşlərin davamlı keçirilməsi razılaşdırılıb.

“AFB Bank”ın nümayəndələri tələbə və məzunlara təklif olunan təcrübə proqramları, mövcud karyera imkanları və vakant iş yerləri barədə məlumat veriblər. Eyni zamanda, gənclərin praktiki bacarıqlarının artırılması məqsədilə təlim və seminarların təşkili, müxtəlif inkişaf layihələrinin birgə həyata keçirilməsi imkanları müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
azertag.az

1Mənbələr