Bakı. Trend:
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan aparıcı ticarəttərəfdaşları ilə fəal əməkdaşlığı davam etdirib, beş ölkədən idxalhəcmini artırıb, bu sırada lider mövqedə Çindir - səkkiz ay ərzindəbu ölkədən təxminən 2,88 milyard dollar dəyərində mal idxalolunub.
Trend-in DövlətGömrük Komitəsinə istinadən verdiyi məlumata görə, idxal həcminəgörə ikinci yerdə 2,53 milyard dollar göstərici ilə Rusiyaqərarlaşıb.
Türkiyə 1,55 milyard dollar dəyərində mal ixrac etməklə üçüncüyerdədir. Dördüncü yeri ABŞ tutur - 754 milyon dollar həcmində malidxal olunub . Beşinci pillədə isə Azərbaycana 688 milyon dollardəyərində mal ixrac etmiş Böyük Britaniya qərarlaşıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ölkələrin hamısındanidxal artıb. Belə ki, Çindən idxal 603,4 milyon dollar artaraq26,5% yüksəlib. Rusiya ixracı 347,1 milyon dollar (15,9%), Türkiyəisə 46,8 milyon dollar (3%) artırıb. ABŞ və Böyük Britaniya daəhəmiyyətli artım nümayiş etdiriblər – müvafiq olaraq 101 milyon və510,2 milyon dollar. Xüsusilə Böyük Britaniyadan idxalnəzərəçarpacaq dərəcədə artaraq ötən illə müqayisədə təxminən dörddəfə yüksəlib.
Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsininhesablamalarına əsasən, cari ilin yanvar-avqust aylarındaAzərbaycan 173 ölkə ilə 32,118 milyard ABŞ dolları məbləğindəticarət əməliyyatları həyata keçirib.
Ticarət dövriyyəsi ixrac üzrə 15,2 milyard ABŞ dolları, idxalüzrə isə 13,6 milyard ABŞ dolları təşkil edib. Beləliklə, illikifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.
Nəticədə xarici ticarət üzrə 1,6 milyard dollar həcmində müsbətsaldo formalaşıb ki, bu da ötən illə müqayisədə 3,3 dəfə azdır.