AZ

Senzura, qisas və diktatura: Qaçaq oliqarx Moldova haqda

Bu gün Moldova senzura, repressiya və diktatura ilə idarə olunur.

Publika.az xəbər verir ki, bu sözləri respublikadan qaçan və İnterpolun sifarişi ilə Yunanıstanda saxlanılan oliqarx Vladimir Plaxotnyuk Telegram kanalında deyib.

"Bu gün Moldovada senzura, qisas və diktatura vəziyyəti hökm sürür. Televiziya verilişləri bağlanıb, bələdiyyə sədrləri müxalif siyasətçilər tərəfindən şantaj və təzyiqlərə məruz qalıb", - o yazıb.

Plaxotnyuk həmçinin vətəndaşları sentyabrın 28-də keçiriləcək parlament seçkilərində hakim Fəaliyyət və Həmrəylik partiyasının əleyhinə səs verməyə çağırıb.

Seçilən
19
publika.az

1Mənbələr