AZ

Rusiyanın PUA hücumuna NATO-dan SƏRT CAVAB – Polşa müharibə meydanına ÇEVRİLİR?

Rusiya qonşuluqda yerləşən NATO ölkələrinə qarşı təxribatlarını davam etdirir. Sentyabrın 10-da Polşaya edilən PUA hücumunun ardınca, bu ölkəyə ötən gün növbəti dron hücumu baş verdi.

Eyni zamanda, xəbər verdiyimiz kimi, anoloji hücuma digər NATO ölkəsi Rumıniya da məruz qalıb.

Rusiyanın növbəti dron hücumuna cavab olaraq NATO qısa müddətli susqunluqdan sonra nüvə başlığı daşıyan qırıcılarını nəhayət Polşaya göndərib. Söhbət nüvə silahı daşımağa qadir olan Fransaya məxsus “Rafale” qırıcılarından gedir.

Böyük Britaniya Xarici İşlər Nazirliyi də öz növbəsində bəyan edib ki, Rusiyanın pilotsuz uçuş aparatları NATO üzvü olan ölkələrin hava məkanını pozmaqda davam edərsə, London gücdən istifadə edəcək. Görünən odur ki, NATO Rusiyanın növbəti anoloji hücumlarına daha kəskin şəkildə cavab vermək niyyətindədir. 

Belə vəziyyətdə görəsən Rusiya geri addım atacaq, yoxsa savaş qaçılmazdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Asim Mollazadənin fikrincə, tərəflər arasında birbaşa savaşın olması ehtimalı “sıfır” səviyyəsindədir:

 

“Düşünmürəm ki, Rusiya hazırda NATO ilə birbaşa savaşa getsin. Rusiya buna hazır deyil. Ancaq bununla belə, Rusiya Qərbi qıcıqlandırmaqda da davam edəcək. Yəni son günlər həyata keçirdiyi addımları bu və ya digər formada Baltikyanı, Balkan ölkələri, habelə yenidən Polşaya qarşı da davam etdirəcək.


Moskva bununla Qərbə hədə-qorxu gəlir. Eyni zamanda, Ukraynaya qarşı vəhşiliklər törətməkdə davam edir. Kreml sovet hakimiyyətini geri qaytarmağa çalışır. Ona görə də sona qədər öz hakimiyyətlərini qoruyub saxlamaq uğrunda çarpışacaqlar”.

Rüfət Sultan, Bizim.Media   

Seçilən
18
bizim.media

1Mənbələr