"Atletiko"nun iki əsas oyunçusu Çempionlar Liqasının ilk turunda "Liverpul" ilə matçı buraxacaq.
Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, söhbət Madrid klubunun yarımmüdafiəçisi Conni Kardoso və hücumçusu Yulian Alvaresdən gedir. Zədələrin durumu və sağalma müddəti açıqlanmır.
Qeyd edək ki, "Liverpul" - "Atletiko Madrid" matçı sentyabrın 17-də "Enfild Roud"da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.