AZ

“2026 cı ildə kənd təsərrüfatında böyük dəyişiklik olacaq” AÇIQLAMA

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“2026-cı il üçün kənd təsərrüfatına ayrılan xərclərin 1 milyard 92,1 milyon manat olması, əvvəlki illə müqayisədə 9,3% azalma deməkdir”.Bunu Demokrat.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Elçin Məmmədov deyib.O qeyd edib ki, bu azalma bir çox iqtisadi və struktur səbəblərlə bağlıdır:“İlk növbədə dövlət büdcəsində prioritetlərin dəyişməsi müşahidə olunur. Müdafiə, sosial xərclər, enerji layihələri və strateji infrastruktur sahələri kənd təsərrüfatına nisbətən daha önə çıxır. Bu səbəbdən kənd təsərrüfatının payında nisbi azalma baş verir. Hökumət son illərdə kənd təsərrüfatında birbaşa subsidiya siyasətindən mərhələli şəkildə uzaqlaşmağa çalışır. Əvəzində sığorta mexanizmləri, bazar əsaslı dəstək formaları və texnoloji modernizasiya ön plana çıxarılır. 2025-ci ildə icra olunan bəzi iri layihələr böyük maliyyə tələb edirdi”.Ekspert əlavə edib ki, 2026-cı ildə bu layihələrin bir hissəsi artıq başa çatdığı üçün əlavə vəsait azaldıla bilər:“Azalma müəyyən risklər də yaradır. Fermerlər dövlət dəstəyini əvvəlki qədər asan əldə edə bilməyə bilərlər. Bu, xüsusilə kiçik və orta fermer təsərrüfatları üçün problem ola bilər. Subsidiyaların azalması məhsuldarlıq artımını ləngidə, bəzi təsərrüfatların bazardan çəkilməsinə səbəb ola bilər. Digər tərəfdən, kənd təsərrüfatında innovativ yanaşmalar və rəqəmsallaşma üçün ayrılan vəsaitlərin artırılması bu azalmaları qismən kompensasiya edə bilər. Əsas məsələ ayrılan büdcə vəsaitinin səmərəli və şəffaf xərclənməsidir. Əgər resurslar damcılı suvarma, toxumçuluğun inkişafı, logistika və ixrac dəstəyi kimi sahələrə yönəldilərsə, azalma sahənin dayanıqlı inkişafına ciddi zərər vurmaz. Amma əgər bu dəyişikliklər düzgün idarə olunmasa, kənd təsərrüfatının inkişaf tempi zəifləyə, ərzaq təhlükəsizliyi və daxili bazarda sabitliklə bağlı problemlər ortaya çıxa bilər”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
demokrat.az

2Mənbələr