AZ

Xudeyada qırıclarla bombardman edildi

İsrail “Ənsarallah” Hərəkatının (husilər) nəzarətində olan bölgədə, Qırmızı dəniz sahilində yerləşən Yəmənin Xudeyda limanına zərbələr endirir.

Teleqraf xəbər verir ki, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

“Husilərin hava hücumundan müdafiə qüvvələri İsrailin hava hücumunu dəf edir”, - hərəkatın hərbi sözçüsü Yəhya Saria bildirib.

“Al Arabiya”nın məlumatına görə, zərbələrdən sonra Xudeyda şəhərində güclü partlayış səsləri eşidilib.

İsrail təyyarələrinin liman ərazisinə 12 zərbə endirdiyi qeyd olunub.

Seçilən
109
teleqraf.com

1Mənbələr