AZ

Suriyada Əsəd rejiminin izləri təhsildən silinir

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Suriya Təhsil Nazirliyi 2025/2026-cı tədris ilində Əsəd rejimi ilə bağlı bütün istinadları aradan qaldırmağı qərara alıb. 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, yeni tədris planına görə, sosial elmlər, İslam təhsili, tarix və coğrafiya fənnlərindən Əsədlə əlaqəli materiallar çıxarılacaq. Ayrıca, “milli təhsil” fənni ləğv edilib.

Bu dəyişikliklər, Baas Partiyasını və keçmiş rejimi Suriyadan tamamilə silməyə yönəlmiş genişmiqyaslı islahatların bir hissəsidir.

Nazirlik, tarix və coğrafiya fənlərindəki qiymət bölgüsünü dəyişib və orta məktəb səviyyəsində bal sistemini ləğv edib. Səlahiyyətlilər, bu addımların Suriya təhsil sistemində köhnə rejimin izlərini silmək məqsədini güddüyünü bildiriblər.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
icma.az

1Mənbələr