Xalq artisti Nazpəri Dostəliyeva mərhum sənətkar İlhamə Quliyevanın məzarını ziyarət edib.
Yenisabah.az xəbər verir ki, həmin görüntülər "Rəngarəng" verilişində izləyicilərə təqdim olunub.
İfaçı bildirib ki, ona haqqını halal edib: Marqarita pizza
"İlhamə Quliyeva bu gün haqqın dərgahındadır. Dəfələrlə demişəm ki, mən haqqımı halal edirəm. Allah Günahlarını bağışlasın. Sənətkarımızdır. Xalqımızın, millətimizin adını hər zaman ucaldıb. Ölkəmizi hər yerdə layiqincə təmsil edib. Hamımız qara torpağa gedəcəyik. Nə qədər mehriban olsaq, Allahın rəhmətini qazanacağıq".
Bundan əlavə, İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva da verilişə gələrək mərhum sənətkara aid tacı Xalq artisti Nazpəri Dostəliyevaya hədiyyə edib.
Bu zaman Dostəliyeva sağlığında qalmaqal yaşadığı Quliyevanın tacını başına taxmaq istəməyib.
O hədiyyəni qəbul etdiyini lakin başına taxmaq istəmədiyini vurğulasa da, aparıcı Zaur Nəbioğlu tacı sənətçinin başına taxıb. Dostəliyeva dərhal tacı çıxarıb.
Qeyd edək ki, Xalq artisti Nazpəri Dostəliyeva illərlə İlhamə Quliyeva ilə böyük qalmaqallar yaşayıb. Hətta Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişəndə belə onlar küsülü olublar.
Aydan Hacı
Telegram kanalımız