Bakı. Trend:
“Azərbaycan Respublikası İqtisadiyyat NazirliyininTikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə“McKinsey and Company (Azerbaijan) Inc.” şirkətinin Azərbaycandakıfilialı arasında müqavilə bağlanılıb.
Trend-inməlumatına görə, müqaviləyə əsasən, sözügedən şirkət Azərbaycandasosial-iqtisadi strategiya və iri layihələrə məsləhətçi xidmətlərigöstərəcək.
Belə ki, qeyd olunan şirkət “Dövlət-özəl tərəfdaşlığı haqqında”Azərbaycan Respublikasının Qanunu üzrə hüquqi çərçivənintəkmilləşdirilməsi”, “Dəniz suyunun duzsuzlaşdırılması”, “YaşılSənaye Zonasının Yaradılması”, “İnvestisiyaların sürətləndirilməsiçərçivəsinin hazırlanması”, “Azərbaycan Respublikasının2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nınhazırlanmasına dəstək” layihələri üzrə məsləhətçi xidmətlərini icraedəcək.
Bağlanmış müqaviləyə əsasən, bəhs olunan işlərin müqabilindəşirkətə 9,6 milyon manat ödəniləcək.
Qeyd edək ki, işlərin həvalə olunduğu “McKinsey and Company(Azerbaijan) Inc.” şirkətinin Azərbaycan Respublikasındakı Filialı2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisiGursoy Mehmet Murat Kutalmıs adlı şəxsdir.