AZ

Səkiləri zəbt edən yol nişanları: Qurumlar gözləməyi tövsiyə edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində səkilərin yararsız olması və yol nişanlarının səkiləri zəbt etməsi sakinlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edən sakin bildirib ki, qəsəbənin səkiləri onsuz da piyadalar üçün əlverişli deyil, üstəlik, yol nişanlarını da elə quraşdırıblar ki, dayaqları onsuz da dar olan səkini keçilməz edir.
"Söhbət Zabrat dairəsi deyilən ərazidən gedir. Hərəkətin ən intensiv olduğu bir yerdə səki ilə getmək mümkün deyil. Məcbur maşın yoluna çıxmaq məcburiyyətində qalırsan. Hər hansı bir bədbəxt hadisə baş versə, heç bir qurum məsuliyyəti öz üzərinə götürməyəcək. Hərçənd uzun müddətdir ki, qəsəbədə səkilər bu vəziyyətdədir".
Sabunçu Rayon İcra Hakimiyyətindən (RİH) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Zabrat qəsəbəsinin Babək küçəsində yolun səki hissəsinin təmiri və səki üzərində quraşdırılmış məlumatlandırma lövhəsinin götürülməsi və rayon ərazisində təmirə ehtiyacı olan səkilər haqqında hazırlanmış məlumat aidiyyəti üzrə göndərilib:
"Eyni zamanda, məlumatlandırma lövhəsinin götürülməsi ilə bağlı RİH tərəfindən müvafiq olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məktubla müraciət olunacaq".
AYNA-dan isə Oxu.Az-ın sorğusuna cavab olaraq vurğulanıb ki, agentlik tərəfindən müxtəlif ərazilərdə və yollarda monitorinqlər aparılır və miras qalan bütün məsələlər mərhələli qaydada həll edilir:
"Monitorinqlər nəticəsində mövcud çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırılır. Sözügedən ərazi ilə bağlı da layihə hazırlanır. Layihə çərçivəsində uyğunsuzluq aradan qaldırılacaq".
Əzizə İsmayılova
Seçilən
16
2
oxu.az

3Mənbələr