AZ

Azərbaycan və BƏƏ prezidentləri Şuşada Milli Xalça Muzeyinin filialında olublar

Sentyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Şuşada yerləşən Milli Xalça Muzeyinin filialını ziyarət ediblər. 

Qonaqlara məlumat verilib ki, muzey binası XIX əsrin ikinci yarısında inşa olunub və Şuşanın Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina zədələndiyindən, 2021-ci ildən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb.

Məlumata görə, 1992-ci ilin fevralında filialda saxlanılan sənət nümunələrinin təhlükədə olması səbəbilə, 246 eksponatdan 183-ü Bakıya təxliyə olunub. Filial həmin dövrdə fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirib.

Hazırda muzeydə XVIII–XX əsrlərə aid xalçalar, xovlu və xovsuz xalça məmulatları, arxeoloji tapıntılar, milli tikmə və geyimlər, eləcə də zərgərlik və bədii metal nümunələri daxil olmaqla ümumilikdə 115 eksponat nümayiş etdirilir.

Seçilən
35
2
anews.az

2Mənbələr