AZ

Prezident İlham Əliyev: "BƏƏ ilə əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bizim əlaqələrimiz (Birləşmiş Ərəb Əmirlikləri - red.) qardaşlıq, dostluq üzərində qurulub. Bu gün imzalanmış çoxsaylı sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşündə deyib.
İmzalanmış hər bir sənədin böyük əhəmiyyət daşıdığını vurğulayan dövlətimizin başçısı bildirib:
"Onların arasında, xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir".
Seçilən
71
50
oxu.az

10Mənbələr