AZ

Gümüşün qiyməti ilə bağlı TƏCİLİ XƏBƏR – Qızılı ötəcək?!

Uzun müddət ən etibarlı sərmayə vasitəsi sayılan qızıl indi gümüşün artan populyarlığı səbəbindən mövqeyini itirir. Son illərdə sənaye sektorunda tələbatın yüksəlməsi ilə gümüşə maraq kəskin artıb. Dünya Bankının məlumatına görə, xüsusilə günəş enerjisi, elektrikli nəqliyyat, müdafiə və elektronika sahələrində gümüş istifadəsi rekord həddə çatır. Bəs bu tendensiya yaxın illərdə qızıl və gümüşün qiymətlərini necə dəyişəcək?

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev bir sıra məqamlara toxunub:

“Son bir neçə ildə, 2020-ci ildən başlayaraq, demək olar ki, 6 ilə yaxındır ki, xam qızılın qiyməti artmaqda davam edir. Müəyyən müddətlərdə bir neçə aylıq durğunluq yaranırdı, amma uzunmüddətli perspektivdə götürsək, qiymət artımı davam edir. Bugünkü gündə 1 qram 999 ərli qızılın qiyməti 117 dollardan artıqdır. Burada belə bir məqam var ki, banklar, ölkələr, investisiya şirkətləri qızılı sabit bir yatırım aləti kimi qəbul edərək, ona edilən yatırım məbləğlərini artırırlar və bu artımlar da getdikcə daha geniş miqyaslı olur. Dördpendirli pizza

Amma başqa bir nüans da var: hasil olunan qızılın demək olar ki, yarısından çoxu, yəni 50 faizdən artığı zərgərlik məmulatlarının hazırlanmasına sərf olunur. Bir çox ölkələrdə bu göstərici 40-50 faiz, digərlərində isə 50-60 faiz arasında dəyişir. Dünya üzrə orta hesabla isə təxminən 50 faizə yaxın hissəsi zərgərlik məmulatlarının istehsalına yönəlir. Qalan 50 faiz isə digər sahələr arasında bölünür: məsələn, elektronika sahəsində təxminən 8-10 faiz, digər sahələrdə isə daha kiçik paylarla istifadə olunur. Əsas pay zərgərlik məmulatlarına düşdüyü üçün qızılın qiyməti artdıqca həmin məmulatların da qiyməti qalxır”.

Müsahibimiz qeyd edib ki, bu isə nəticə etibarilə istehlakçının həmin məmulatları almaqda çətinlik çəkməsinə gətirib çıxarır və müəyyən mənada bazarda durğunluq yaradır:

“Hazırda qiymətlərin artımı müşahidə olunur, amma bunun da müəyyən bir həddi var. Müəyyən müddətdən sonra ya durğunluq olacaq, ya da müəyyən mənada qiymətlərdə eniş müşahidə oluna bilər. Çünki tarix göstərir ki, münaqişələr, konfliktlər, böhranlar müvəqqəti xarakter daşıyır. Hazırda dünyada böhranlar və münaqişələr mövcuddur və bu, investisiya şirkətlərini, mərkəzi bankları daha sabit yatırım alətlərinə üstünlük verməyə sövq edir. Lakin bu, müvəqqətidir. Münaqişələr və böhranlar başa çatdıqdan sonra qiymətlərin stabilləşməsi gözlənilir.

Gümüşə gəlincə, qızılın qiymət artımı ilə yanaşı, 2020-ci ilin əvvəllərindən gümüşün də qiyməti yüksəlməyə başladı. Çünki gümüş də qızıl kimi qiymətli metaldır. Düzdür, onun qiyməti qızıldan 100 dəfədən çox aşağıdır, amma yenə də qiymətli metal hesab olunur və geniş tətbiq sahəsinə malikdir, o cümlədən zərgərlik məmulatlarında. Amma bu qiymət artımının zərgərlik məmulatlarının son qiymətinə ciddi təsiri olmayacaq. Niyə? Çünki bu gün 1 qram gümüşün qiyməti 1 dollar 30-40 sent civarındadır. Bu isə zərgərlik məmulatlarının qiymətinə çox cüzi təsir göstərir – 1, 2 və ya 5 manatlıq fərqlərlə hiss oluna bilər. Bu səbəbdən gümüş məmulatlarına olan tələbatın ciddi azalmasına səbəb olmayacaq.

Qızılda vəziyyət fərqlidir. Çünki qızılın qiyməti əhəmiyyətli dərəcədə artıb və bu, zərgərlik bazarında tələbatı azaldır. Gümüşdə isə faiz nisbəti ilə artım ciddi görünsə də, rəqəmlərlə götürüldükdə artım 1 dollardan azdır. Bu da bazarda qiymətlərin artımına ciddi təsir göstərmir”.

Seçilən
6
1
editor.az

2Mənbələr