AZ

Tovuz şəhər stadionu oktyabrın sonuna hazır olacaq

Tovuz şəhər stadionunun oktyabr ayının sonuna qədər “Turan Tovuz” komandasının ixtiyarına verilməsi nəzərdə tutulub.

Arena.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, ot örtüyünün dəyişdirilməsi işləri yekunlaşmaq üzrədir. Drenaj və suvarma sistemi quraşdırılan meydana toxum əkilib. Toxumların əkilməsi xüsusi texnikalarla həyata keçirilib və bu gün yekunlaşıb.

error: Məzmun qorunur!
Seçilən
24
1
arena.az

10Mənbələr