AZ

"Apple" bu modellər üçün "iCloud" dəstəyini dayandırır

"Apple" köhnə "iPhone" modelləri üçün "iCloud" dəstəyini dayandırır

Milli.Az xəbər verir ki, "Apple" "iOS 10" və "macOS Sierra" əməliyyat sistemli cihazlar üçün "iCloud" dəstəyini dayandıracağını açıqlayıb.

Bu OS versiyaları artıq "iCloud"-a qoşulmaq üçün minimum tələbləri ödəmədiyindən, istifadəçilər bəzi xidmətlərdən faydalana bilməyəcəklər.

Xidmətlərə "iCloud Keychain", "iCloud Photos", "iCloud Backup", "Find My" və "iCloud Drive" daxildir. Tam "iCloud" funksionallığı üçün ən az "iOS 11" və ya "macOS High Sierra" tələb olunacaq.

Qeyd olunur ki, "iOS 10" və "macOS Sierra" 2016-cı ilin sentyabrında buraxılıb, yəni artıq 9 yaşındadır. Bu əsasən "iPhone 5" (2012), "iPhone 5c" (2013) və 4-cü nəsil "iPad" (2012) sahiblərinə təsir edəcək, çünki bu cihazlar "iOS"-un yeni versiyasına keçə bilmir.

"Mac" istifadəçiləri üçün isə yalnız "macOS"-u yeniləməyən köhnə kompüterlər "iCloud" xidmətlərini itirəcək. Yəni, dəstəyin dayandırılması əsasən yenilənməyən cihazlara aiddir.

İsmayıl
Milli.Az

 
Seçilən
9
1
milli.az

2Mənbələr