ain.az bildirir, Avtosfer portalına istinadən.
Tovuzda baş vermiş yol-nəqliyyat hadisə anbaan təhlükəsizlik kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza sentyabrın 13-də saat 21:03 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan 10-ZU-505 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil, “Qazel” markalı yük maşınıyla toqquşub. Zərbənin təsirindən “VAZ” yolun ortasında aşıb. Qəza zamanı hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücülər arasında ağır xəsarət alan olmayıb.
Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.