AZ

Dövlət Vergi Xidmətində Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib


DVX-dən Azia.az-a verilən məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud dostluq və əməkdaşlıq münasibətləri, eləcə də ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Qeyd edilib ki, ölkələrimiz arasında tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Söhbət zamanı səfirlik işçilərinin vergitutma məsələləri, bu sahədə mövcud qanunvericilik tələbləri və onların tətbiqi müzakirə olunub.

Səmimi və işgüzar şəraitdə keçən görüşdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib. 


Seçilən
18
3
azia.az

6Mənbələr