AZ

Birgə bəyannamə Azərbaycana nələr qazandıracaq? AÇIQLAMA

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

“Azərbaycanla BƏƏ arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir”. Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.O əlavə edib ki, bu sənəd ilk növbədə iki ölkə arasında siyasi etimadı möhkəmləndirir və beynəlxalq aləmdə Azərbaycanın mövqelərini gücləndirir:“Strateji tərəfdaşlıq Azərbaycanın Körfəz regionunda nüfuzunun artmasına şərait yaradır. BƏƏ dünyanın ən iri investisiya fondlarına malik ölkələrdəndir və bu, Azərbaycana yeni sərmayə axını deməkdir. Xüsusən alternativ enerji, kənd təsərrüfatı, logistika və rəqəmsal texnologiyalar kimi sahələrdə əməkdaşlıq genişlənə bilər. “Masdar” şirkətinin Azərbaycanda həyata keçirdiyi yaşıl enerji layihələri bu əməkdaşlığın əsas nümunəsidir. Yeni tərəfdaşlıq sənədi həmin layihələrin miqyasının böyüməsinə və Azərbaycanın yaşıl enerji ixracçısına çevrilməsinə təkan verəcək”. Siyasi şərhçi əlavə edib ki, Azərbaycanın tranzit potensialı ilə BƏƏ limanlarının imkanlarının birləşdirilməsi ölkəmizi regional yükdaşımaların əsas oyunçusuna çevirə bilər:“Turizm sektorunda da inkişaf gözlənilir, Dubay və Əbu-Dabi ilə birgə layihələr qarşılıqlı turist axınını artıra bilər. Bu tərəfdaşlıq Azərbaycanın iqtisadi şaxələndirmə strategiyasına da uyğundur. Çünki enerji asılılığının azaldılması və qeyri-neft sahələrinin gücləndirilməsi dövlət siyasətinin əsas hədəflərindəndir. BƏƏ-nin təcrübəsi Azərbaycana innovasiya və startap ekosisteminin inkişafında da faydalı ola bilər. Siyasi baxımdan isə bu sənəd Azərbaycanın beynəlxalq müttəfiqlərini genişləndirməsinə xidmət edir”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
1
demokrat.az

2Mənbələr