Xəbər verdiyimiz kimi, tanınmış şair Əlisəmid Kür səhhətində problemlər yarandığı üçün Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun müalicəsi ilə bağlı Azərbaycan Yazıçılar Birliyi (AYB) katibliyindən Mədəniyyət naziri Adil Kərimliyə müraciət olunub.
Medicina.az xəbər verir ki, bu barədə Murad Köhnəqala sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, mərkəzdə müayinə və müalicələrin qiyməti olduqca bahadır:
“Ümid edirik, AYB ilə Mədəniyyət Nazirliyi şairin müalicə xərclərini qarşılayacaqlar. Əlisəmid qardaşımıza şəfalar diləyirəm”, - deyə o qeyd edib.