AZ

İsrailin planları arasında Kipr də var - Numan Kurtulmuş

BAKI,TurkicWorld, Nailə Babazadə

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Numan Kurtulmuş, İsrailin işğalçılıq və genişlənmə siyasətinə toxunaraq bildirib ki, son zamanlarda Cənubi Kiprdə müəyyən hərbi bazalara dəstək verilməsi və hərbi texnika və sursatların ora göndərilməsi Türkiyə tərəfindən diqqətlə və həssaslıqla izlənilir.

TurkicWorld xəbər verir ki, Kurtulmuş bu fikirləri Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Daxili İşlər Naziri Dursun Oğuz və ŞKTC-dən gəlmiş yerli idarəetmə nümayəndələrin qəbulunda səsləndirib.

TBMM sədri vurğulayıb ki, Türkiyə Cümhuriyyəti ilə Şimali Kipr Türk Cümhuriyyətinin müstəqillik və azadlıq mübarizələri arasında mühüm bənzərliklər var.

“Şübhəsiz ki, Türkiyə Cümhuriyyətinin qurulmasından öncə Milli Mübarizə dövründə qəhrəmanlarımız çətinliklər və yoxsulluq içində Türkiyəni qurmaq üçün cəsarət və qərarlılıq göstəriblər. Türkiyə Cümhuriyyətinin quruluşundakı Kuvayı-Milliyə hərəkatının rolu nədirsə, ŞKTC-nin qurulmasında da Türk Müqavimət Təşkilatının ən çətin şərtlərdə göstərdiyi mübarizə eyni rola malikdir.” - deyə Kurtulmuş qeyd edib.

“Əgər Kuvayı-Milliyə olmasaydı, əgər Türk Müqavimət Təşkilatının dirəniş ruhu olmasaydı, bu gün nə Türkiyə Cümhuriyyəti bu qədər güclü və azad şəkildə mövcud ola bilərdi, nə də ŞKTC bu qədər güclü bir dövlət kimi öz varlığını ortaya qoya bilərdi.” - deyə Kurtulmuş vurğulayıb.

Kurtulmuş həmçinin qeyd edib ki, 1974-cü il Kipr Sülh Hərəkatı, o cümlədən Türkiyənin bütün imkanları ilə Kipr türklərinin yanında yer alması tarixi əhəmiyyət daşıyır.

“O dövrdə nə Amerika, nə İngiltərə, nə də Avropa Türkiyənin Kipr türklərini xilas etmək üçün əməliyyat keçirməsinə razı deyildi, əksinə, hətta hədələr də edildi. Amma Türkiyə geri çəkilmədi və Kipr türklərinin müstəqilliyi üçün şəfəq vaxtı əməliyyata başladı.”

“Əgər 1974-cü il Barış Hərəkatı olmasaydı, bu gün burada olmayacaqdınız. Belə bir toplantı keçirmək mümkün olmazdı. Şimali Kipr Türk Cümhuriyyəti bu günkü müstəqil kimliyinə sahib ola bilməzdi, bir Daxili İşlər Naziri də olmayacaqdı.” - deyə sonda Kurtulmuş qeyd edib.

Seçilən
23
turkic.world

1Mənbələr