AZ

Tanınmış hakim təqaüdə göndərildi FOTO

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Tahir Kazımov təqaüdə göndərilib.

Milli.Az xəbər verir ki, tanınmış hakim yaş həddi ilə bağlı fəaliyyətini yekunlaşdırıb.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Tahir Kazımovun uzun illər hüquq-mühafizə orqanlarında çalışdığını, 2017-ci ildən isə Ali Məhkəmədə hakimlik fəaliyyətinə başladığını diqqətə çatdırıb.

Sonda Tahir Kazımov Məhkəmə-Hüquq Şurasının Fəxri döş nişanı ilə təltif olunub.

Qeyd edək ki, Tahir Kazımov prokurorluq orqanlarında işləyən vaxtlarda "OMON hadisələri", "Oktyabr hadisləri" kimi səs-küylü cinayət işlərinin istintaq qrupuna rəhbərlik edib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
3
news.milli.az

4Mənbələr