“Bu xəbərləri haradan çıxarırlar, utanmırlar” — Məlahət İbrahimqızı
“Səhhətimlə bağlı hər şey qaydasındadır. Heç bilmirəm belə xəbərləri haradan çıxarırlar. Ayağım sınmayıb, normal yeriyirəm. İşlərimə davam edirəm”.
Bunu Musavat.com-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı ayağının sınması ilə bağlı xəbərə reaksiya verərkən deyib.
Deputat bildirib ki, yazılanlar həqiqəti əks etdirmir:
“5 il bundan qabaq gözlərimi əməliyyat etdirmişəm. Bununla bağlı xəbər yazsalar, təəccüblənmərəm. Utanmırlar, aylar öncə olan köhnə bir hadisəni yeni məlumat kimi təqdim edirlər. İşimin başındayam, narahat olmayın”.