(®) “ABB-İnvest İnvestisiya Şirkəti” QSC ilə “Bakı Fond Birjası” QSC arasında imzalanmış müqaviləyə əsasən, 16 sentyabr 2025-ci ildən etibarən “ABB-İnvest İnvestisiya Şirkəti” QSC “Bank of Baku” ASC istiqrazlarının rəsmi market meyker kimi fəaliyyətə başlayıb və sözügedən istiqrazlar üzrə likvidliyin təminatçısına çevrilib.
Bununla da, istiqrazlar təkrar bazara buraxıldıqdan sonra investorlar üçün rahat investisiya alətinə çevriləcək. Belə ki, istiqrazların təqavül müddəti başa çatana qədər satmaq istəyən şəxs onları müddətin sonunu gözləmədən market meykerə istənilən vaxt asanlıqla sata biləcək.
Bu addım “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin bazarda likvidlik təmin edən əsas oyunçulardan birinə çevrildiyini göstərir və şirkətin strateji məqsədi – investorların etibarlı seçim ünvanı olmaq istiqamətində atılmış mühüm addımlardan biridir.
Xatırlatmaq istərdik ki, bu istiqrazlara abunə yazılışının son tarixi 19 sentyabr 2025-ci ildir.
Əsas şərtlər:
• İllik gəlirlilik: 13%
• Müddət: 18 ay
• Nominal dəyər: 100 AZN
• Faizlərin ödənişi: hər 3 aydan bir
• Buraxılış həcmi: 20 000 000 AZN
Sifariş yerləşdirmək üçün: https://abbmobile.page.link/investment