AZ

"Qarabağ"a uduzsalar, baş məşqçini istefaya yollayacaqlar?

"Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində bu gün üz-üzə gələcəyi "Benfika"nın prezidenti postuna namizəd Kristovao Karvalyu seçiləcəyi təqdirdə baş məşqçi Brunu Laje postundan göndərilə bilər.

Sportinfo.az "Bild"ə istinadən xəbər verir ki, funksioner "Liverpul"un keçmiş baş məşqçisi Yurgen Kloppu Portuqaliya komandasının "sükanı arxasına" gətirməyə çalışacağını deyib.

Eyni zamanda, "Benfika"nın prezidentliyinə digər namizəd Joau Noronya Lopeşin "Mançester Yunayted"in (İngiltərə) baş məşqçisi Ruben Amorimi Lissabon təmsilçisinə qaytarmaq istədiyi bildirilib.

58 yaşlı Klopp hazırda "Leyptsiq"də beynəlxalq əlaqələr direktoru kimi çalışır. R.Amorimin "Mançester Yunayted"lə müqaviləsinin müddəti isə 2027-ci ilin yayına qədərdir.

B.Laje 2024-cü ilin sentyabrından "Benfika"nı çalışdırır. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

"Qarabağ" matçı bu gün, Bakı vaxtı ilə saat 23:00-da Lissabondakı "Eştadiu da Luş" stadionunda baş tutacaq.

Seçilən
27
sportinfo.az

1Mənbələr