Türkiyə klublarının indiyə qədər Çempionlar Liqasında göstərdikləri nəticələr maraq doğurub.
Fanat.Az xəbər verir ki, ən çox oyun keçirən komanda “Qalatasaray” olub. "Sarı-qırmızılar" 161 matça çıxaraq 43 qələbə qazanıblar.
Hazırda vəziyyət belədir:
- “Qalatasaray” – 161 oyun, 43 qələbə
- “Fənərbağça” – 73 oyun, 20 qələbə
- “Beşiktaş” – 70 oyun, 17 qələbə
- “Trabzonspor” – 20 oyun, 7 qələbə
- “Başakşehir” – 6 oyun, 1 qələbə
- “Bursaspor” – 6 oyun, 0 qələbə
Bu göstəricilərə əsasən, Türkiyə futbol tarixində Çempionlar Liqasında ən uğurlu klub “Qalatasaray” hesab olunur.
Kamil Xudiyev