AZ

Mərkəzi Bankın "Nağd pul ofisi" fəaliyyətini ikigünlük dayandırır

Bakı şəhərində keçiriləcək "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinin müvəqqəti olaraq məhdudlaşdırılması ilə bağlı 17-18 sentyabr 2025-ci il tarixlərində Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasında "Nağd pul ofisi" fəaliyyət göstərməyəcək.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilib ki, "Nağd pul ofisi" növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcək.

Seçilən
14
19
publika.az

10Mənbələr