Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Tramp marşrutu” layihəsinin həyata keçirilməsinə dair siqnal bazar iştirakçıları tərəfindən kommunikasiyaların blokdan açılması və yekun sülh sazişinin imzalanması mövzusunda mümkün xəbərlər baxımından, müsbət qarşılanır.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Mərkəzi Bankının sədri Martın Qalstyan sentyabrın 16-da jurnalistlərlə görüşündə belə deyib.
Onun sözlərinə görə, bu yaxınlarda layihənin həyata keçirilməsi üçün nəzərdə tutulmuş 140 milyon dollarlıq tranş Ermənistan iqtisadiyyatına təsiri baxımından o qədər də böyük məbləğ deyil.
Qalstyan bildirib ki, bu fikir həmin vəsaitlərin iqtisadiyyat tərəfindən mənimsənilməsinə aiddir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.