AZ

Lukaşenko 25 nəfəri əfv etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko ekstremizmdə təqsirli bilinənlər də daxil olmaqla 25 nəfərin əfv edilməsi haqqında fərman imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Əfv olunanlar arasında 12 qadın və 13 kişi olduğu məlum olub. Əfv olunanlar arasında yaşı 40-a qədər olan 19 nəfər də var. Onların bir çoxunun övladı var, bir nəfər məhkum çoxuşaqlı anadır. Əfv olunanlardan biri azyaşlı olarkən cinayət törədib.

Onların hamısının təqsirlərini etiraf etdikləri və əməllərindən peşman olduqları, qanuna tabe olan həyat tərzi sürmək öhdəliyi götürdükləri vurğulanır.

Seçilən
9
publika.az

1Mənbələr