AZ

İspaniya hökuməti meşə yanğınsöndürənlərinin vaxtından əvvəl təqaüdə çıxmasını təsdiqləyib



İspaniyanın solçu azlıq koalisiya hökuməti tələblərini yerinə yetirmək üçün meşə yanğınsöndürənlərinin beş ilə qədər təqaüdə çıxmasını nəzərdə tutan fərmanı təsdiqləyib.
Nazirlər Kabinetinin həftəlik adi toplantısında alınan qərarla bağlı mətbuata açıqlama verən Sosial Müdafiə və İmmiqrasiya naziri Elma Saiz meşə yanğınsöndürənlərinə istinad edərək, "Peşəkar bir qrupa borcumuzu ödədik" dedi.

Saiz, xüsusilə bu yay böyük meşə yanğınları ilə mübarizə aparan İspaniyada meşə yanğınsöndürənlərinin "çətin, təhlükəli və sağlamlıq üçün riskli bir işi yerinə yetirdiklərini" vurğulayaraq, "bu peşəkar qrupa erkən pensiya təyin edilməsi işlərinin təbii nəticəsidir" dedi.

Fərmana əsasən, meşə yanğınsöndürməçisi kimi ən azı 15 il Sosial Sığorta haqqı olduğunu sübut edə bilənlər 3 ildən 5 ilə qədər tez təqaüdə çıxa biləcəklər.

Əvvəllər 65 yaşa qədər işləməli olan meşə yanğınsöndürənləri lazımi tələblərə cavab verərsə, 60 yaşında təqaüdə çıxa biləcəklər.

Madriddə meşə yanğınsöndürənləri maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə iyulun 15-də tətilə başlayıblar. Onlar aksiyalarını bərpa etməzdən əvvəl ölkədə yanğınların sayının artması ilə əlaqədar avqustun 15-dən 25-dək tətili dayandırıblar.

İşlərinin tələbkarlığını nəzərə alaraq əməkhaqqının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edən yanğınsöndürənlər orta aylıq əmək haqqının 1200-1300 avro arasında olmasından, iş günlərinin az istirahətlə, ağır şəraitdə olmasından, yanğınsöndürmə işləri zamanı həyatlarının təhlükə altına düşməsindən şikayətləniblər.

Madriddə meşə yanğınsöndürənləri tətillərini davam etdirirlər.

Avqust ayında tarixində ən böyük meşə yanğınları ilə mübarizə aparan İspaniyanın avqustun 1-dən 31-dək 380 min hektardan çox meşə və kənd ərazisini yandırdığı bildirilir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
22
aia.az

1Mənbələr