AZ

"Villa İnşaat''dan ev almaq istəyən şəxsin 30 min manatı mənimsənilibVİDEO

Sosial şəbəkədə gördüyü ev elanına aldanan şəxs 30 min manatından olub.

Xezerxeber.az-ın məlumatına görə, belə bir vəziyyətlə paytaxt sakini Müseyib Nəzərov üzləşib.

''Xəzər Xəbər''ə müraciət edən şəxs iddia edir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində ucuz həyət ev tikilib satılması ilə bağlı reklamı ''TikTok''sosial platformasında görüb. Bir az araşdırma apardıqdan sonra Müseyib həmin şirkətdən ev almaq istəyib. 

Özünü müdirin katibəsi kimi qələmə verən Əfsanə adlı şəxs daha sonra Müseyib Nəzərovu ''Villa İnşaat'' MMC-nin ofisinə dəvət edərək şirkətin müdiri İbrahim Şıxəliyevlə tanış edib. Tərəflər razılaşdıqdan sonra Müseyib Nəzərov şirkətin daxili müqaviləsinə imza atıb.

Evin tikintisinin gecikdiyini görən Müseyib Nəzərov ''Villa İnşaat'' MMC-nin rəhbəri İbrahim Şıxəliyevlə danışıb. O da hər dəfə müxtəlif vədlər verməyə başlayıb. Bir müddət sonra isə qarşı tərəf vəd etdiyi kimi nə evi tikib, nə də pulun geri qaytarılması ilə bağlı hər hansı addım atıb. Əksinə, ofisi bağlayıb, reklam lövhələrini də söküblər.

Biz də elə zərərçəkmişlə bərabər şirkətin ofisinə getdik. Ərazidə olanlar bildirdilər ki, həmin şəxslər bir neçə gündür ofisi bağlayaraq gediblər. Telefonlarını da bağlayıblar. Zərərçəkmiş bu barədə ərazi üzrə 30-cu polis şöbəsinə gedərək aldadıldığına dair ərizə yazıb.

Daxili İşlər Nazirliyindən ''Xəzər Xəbər''ə bildirdilər ki, aidiyyəti üzrə polis orqanlarında faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
2
xezerxeber.az

1Mənbələr