AZ

İtaliya "Şimal axını"nı partlatmaqda şübhəli bilinən ukraynalını Almaniyaya təhvil verir

BAKI, 16 sentyabr. TELEQRAF

İtaliya Baltik dənizindəki "Şimal axını" qaz kəmərinə hücumda şübhəli bilinən ukraynalını Almaniyaya təhvil verəcək.

Teleqraf xəbər verir ki, Bolonya şəhərinin Apellyasiya Məhkəməsi ukraynalının Almaniya hakimiyyətinə verilməsi qərarını təsdiqləyib.

Şübhəli şəxs qaz kəmərlərindəki partlayışlara görə ittiham olunur.

Onun müdafiəçiləri isə qərara etiraz edərək, ekstradisiya ilə bağlı məsələnin İtaliyanın ən yüksək məhkəməsi olan Kassasiya Məhkəməsində yenidən baxılmasını tələb edirlər.

Seçilən
28
teleqraf.com

1Mənbələr