AZ

İsrail HƏMAS qarşısında iki tələb qoydu - əks halda Qəzza məhv ediləcək…


İsrailin müdafiə naziri İsrael Katsi bəyan edib ki, HƏMAS silahsızlaşdırılmalı və girovlar azad edilməlidir, əks halda Qəzza məhv ediləcək. Onun sözlərinə görə, Qəzza şəhərinin məhvi HƏMAS-ın da məhvinə səbəb olacaq.

“Biz HƏMAS-dan yalnız iki şey istəyirik və onlar bunu könüllü şəkildə etməyəcəklər - bütün girovların azad edilməsi və silahsızlaşdırılması. Bu hücumun böyük gücü birbaşa HƏMAS-ı məğlub edir və həmçinin girovların azad edilməsi üçün daha böyük imkan yaradır. Biz Qəzza üzərində nəzarəti bərpa etmək istəyirik, çünki bu gün o, HƏMAS hakimiyyətinin əsas simvoludur. Əgər bu gün Qəzza məhv olacaqsa, onlar da məhv olacaq”, - deyə İsrael Katsi 162-ci diviziyanın qərargahına səfəri zamanı bildirib.

Xatırladaq ki, sözügedən bölmənin əsgərləri hazırda Qəzza şəhərində əməliyyat aparırlar.

TAHİR

Seçilən
99
baki-xeber.com

1Mənbələr