“Tramp marşrutu” layihəsinin həyata keçirilməsinə dair siqnal bazar iştirakçıları tərəfindən kommunikasiyaların blokdan açılması və yekun sülh sazişinin imzalanması mövzusunda mümkün xəbərlər baxımından, müsbət qarşılanır.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan sentyabrın 16-da jurnalistlərlə görüşündə belə deyib.
Onun sözlərinə görə, bu yaxınlarda layihənin həyata keçirilməsi üçün nəzərdə tutulmuş 140 milyon dollarlıq tranş Ermənistan iqtisadiyyatına təsiri baxımından o qədər də böyük məbləğ deyil.
Qalstyan bildirib ki, bu fikir həmin vəsaitlərin iqtisadiyyat tərəfindən mənimsənilməsinə aiddir.