GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ-ın respublikaçı senatoru Lindsey Qraham Macarıstan və Slovakiyanı Rusiyanın enerji resurslarını satın aldıqları üçün tənqid edib.
Globalinfo.az bildirir ki, bu barədə “Politico” nəşri yazıb.
“Ümid edirəm və gözləyirəm ki, onlar bizə bu problemə son qoymaq üçün tezliklə addım atacaqlar. O halda bunun nəticələri olacaq”, – Qrehem deyib.
Eyni zamanda, macarıstanlı nazir Yanoş Boçka Brüsseldə keçirilən danışıqların yekunlarına əsasən bildirib ki, ölkəsi real alternativlərin olmaması səbəbindən yaxın gələcəkdə Rusiya neftinin idxalından imtina etmək niyyətində deyil.
Xatırladaq ki, 2022-ci ilin fevral ayına qədər Aİ bütövlükdə təbii qazın 45 və xam neftin 27 faizini Rusiyadan idxal edirdi. Keçən il Avropa Komissiyasının dəniz yolu ilə idxalı qadağan etməsindən sonra bu rəqəm qaz üzrə 19%-ə, neft üzrə isə 3%-ə düşüb. 2024-cü ildə Aİ ölkələri Rusiya enerjisinə 21,9 milyard avro xərcləyib ki, bu da Rusiyanın ümumi ixrac gəlirinin təxminən 10%-ni təşkil edir. Avropa İttifaqına üzv olan ölkələrin əksəriyyəti Macarıstan və Slovakiyadan fərqli olaraq Rusiya enerjisindən asılılığını dayandırıb və ya kəskin şəkildə azaldıb.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.