AZ

Ukraynanın bərpasına 524 milyard dollar lazımdır

Ukraynada davam edən müharibədən sonra ölkənin bərpası ilə bağlı diqqətçəkən bir hesabat yayımlanıb.

"Cebheinfo.az" xəbər verir ki, “The American Conservative” jurnalının verdiyi məlumata görə, Dünya Bankı, Avropa Komissiyası, Birləşmiş Millətlər Təşkilatı və Ukrayna hökumətinin birgə hazırladığı genişmiqyaslı hesabatda müharibədən sonrakı yenidənqurma xərclərinin təxminən 524 milyard dollar olacağı proqnozlaşdırılıb.

Sabiq baş nazir Ukraynanın Avropaya yalnız iqtisadi imkanlar təqdim etməyəcəyini, eyni zamanda müharibə dövründə inkişaf etdirdiyi pilotsuz uçuş aparatları (PUA), kibertəhlükəsizlik və müxtəlif müdafiə texnologiyaları sahəsindəki təcrübə və biliklərini də paylaşa biləcəyini qeyd etmişdi.

Digər tərəfdən, “Bloomberg Economics” mütəxəssislərinin ayrıca təhlili ümumi xərclərin miqyasını daha da dəqiqləşdirir.

Mütəxəssislərə görə, yalnız Ukraynanın müharibə zamanı zərər görmüş nəqliyyat, enerji, rabitə və əsas ictimai xidmət infrastrukturlarının bərpası üçün təxminən 230 milyard dollar xərclənməlidir.

Bu rəqəm ümumi yenidənqurma xərclərinin demək olar ki, yarısını təşkil edir və münaqişənin ölkənin fiziki infrastrukturu üzərində yaratdığı dağıntının miqyasını göstərir.

Prosesin beynəlxalq ictimaiyyətin koordinasiyalı səyləri və özəl sektorun yatırımları olmadan həyata keçirilməsinin isə olduqca çətin olduğu bildirilir.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr