AZ

Cəlilabadda məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlanıb

Ehtiyatsızlıqdan adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilir ki, sentyabrın 16-da yetkinlik yaşına çatmayan N.M-nin (şərti) təhsil aldığı tam orta ümumtəhsil məktəbində ölməsi faktı üzrə Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Seçilən
31
21
avtosfer.az

10Mənbələr