AZ

Şaraa Bəşər Əsədlə bağlı əmr verdi

BAKI, 16 sentyabr. TELEQRAF

Suriya Təhsil Nazirliyi 2025/2026-cı tədris ili üçün tədris planında ölkənin devrilmiş prezidenti Bəşər Əsədlə bağlı materiallarda ediləcək dəyişiklikləri açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Nazirliyin əmri Əsədlə bağlı materialların sosial elmlər, İslam təhsili, tarix və coğrafiya dərsliklərindən çıxarılmasını ehtiva edir.

Mənbə bildirib ki, bu addımlar Əhməd Şaraa hökumətinin Suriyada “Bəəs” Partiyası və keçmiş hökumətin izlərini silməyə yönəlmiş genişmiqyaslı dəyişikliklər planının bir hissəsidir.

Seçilən
63
2
teleqraf.com

3Mənbələr