Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Çeçenistan rəhbəri Ramzan Kadırov Çexiyada sanksiyalar çərçivəsində müsadirə olunan atının geri qaytarılmasında Ukrayna xüsusi xidmət orqanlarından istifadə etdiyini iddia edib.
Ölkə.az xəbər verir ki, o, “RİA Novosti” agentliyinə müsahibəsində Ukrayna xüsusi xidmət orqanlarına 18 min dollar ödəyəcəyini vəd etdiyini, atı geri aldıqdan sonra isə pulu ödəmədiyini deyib.
Kadırov bildirib ki, onun Zazu adlı ayğırı 2023-cü ilin martında Çexiyada oğurlanıb. Hələ 2014-cü ildə bu at Rusiya əleyhinə sanksiyalar çərçivəsində Kadırovun Çexiyada dondurulmuş əmlakı siyahısına daxil edilib.
Çeçenistan rəhbəri iddia edir ki, 2023-cü ilin mayında atını Ukrayna xüsusi xidmət orqanları vasitəsilə geri alıb:
“Ukrayna xüsusi xidmət orqanları korrupsionerdir, asan pula hərisdir, ona görə də biz heç bir problem olmadan razılığa gələ bildik. Onların özləri avropalılarla yaxşı münasibətdədirlər. Avropa ilə necə anlaşıblar, bilmirəm, bəlkə də, sadəcə, istedadlı at oğrularıdırlar, amma biz SBU zabitləri ilə çox asanlıqla anlaşdıq. Uşaqlarım mənə birbaşa dedilər ki, mənim adımdan danışıqlar aparırlar. Nağd ödəyəcəklərinə söz veriblər. Bütün işləri kifayət qədər tez gördülər, amma biz onlara pul vermədik və atı götürdük. Yeri gəlmişkən, mənim ətrafımdan ilk olaraq Qərbin sanksiyaları altına o at düşüb”.(musavat.com)
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.